AMEA-nın yeni prezidenti şəhid qardaşına vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

AMEA-nın yeni prezidenti şəhid qardaşına vəzifə verdi

Sosial

10 Noyabr 2022 16:17 1008


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Bu barədə Yenisabah.az-a AMEA-dan xəbər verilib.

Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdirinin müavini vəzifəsində işləyib. Pepperoni pizza

Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.

Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!