Amil Xəlil gündəm olan səhvdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Amil Xəlil gündəm olan səhvdən danışdı

Sosial

03 Oktyabr 2023 08:06 4357


Ötən gün Space TV-də efirə gedən verilişin alt yazısındakı səhv sosial şəbəkələrdə gündəmə çevrilib.

“Yeni Sabah” bildirir ki, Amil Xəlilin aparıcılıq etdiyi verilişdə Xırdalan şəhərində baş verən dəhşətlə qətl hadisəsi müzakirə olunub. Həmi hadisə ondan ibarətdir ki, 1967-ci il təvəllüdlü Gülnarə Sərkərova həyat yoldaşı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov tərəfdən qətlə yetirilib. Daha sonra X. Sərkərov odlu silahdan atəş açaraq özünü öldürüb.

TV-də yayımlanan verilişdə isə alt yazı bu şəkildə olub: “Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü”. Marqarita pizza

Amil Xəlil bu yanlışlığa görə TV-ni, onu tənqid edənlərə cavab verib:

“Kiçik və texniki səhv! Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən qrammatik səhv olursa, bu qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı… Nə isə! 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!