ANAMA-ya Aparat rəhbəri təyin edildi 

saytların hazırlanması

Evə çatdırılma

ANAMA-ya Aparat rəhbəri təyin edildi 

Sosial

27 Fevral 2024 11:15 474


Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub. 

Bu barədə Yenisabah.az-a ANAMA-dan məlumat verilib. 

Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.  pizza sifarişi

Rauf Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub. 

R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!