Amerikanın “Apple” və “Tesla” şirkətlərinin səhmlərinin qiyməti kəskin ucuzlaşıb.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, buna səbəb komponentlərin Çindən tədarükü ilə bağlı yaranan problemlərdir.
“Tesla”nın səhmlərinin qiyməti 2021-ci ilin noyabrında şirkətin rekord həddi ilə müqayisədə 73% azalaraq 109 dollara düşüb. “Apple” səhmlərinin də qiyməti 130 dollara düşüb ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyədir. Toyuqlu pizza
Şirkətlər Çin hökumətinin COVID-19-a qarşı “sıfır dözümlülük” siyasəti və bir həftəlik blokadaya görə Çində istehsalı saxlamaqda çətinlik çəkiblər. Bir çox məhdudiyyətlərin götürülməsinə başlandıqdan sonra onlar da müəssisələrində kadr böhranı ilə üzləşirlər.
Bütün dünya üzrə tənzimləyicilər tərəfindən faiz dərəcələrinin artırılması, qlobal iqtisadiyyatın yavaşlaması və Ukraynada davam edən münaqişə fonunda investorların ehtiyatlı olması və böyük investisiyalardan çəkinməsi gözlənilir.
Telegram kanalımız