“Apple”ın yeni rəhbəri nə qədər qazanacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Apple”ın yeni rəhbəri nə qədər qazanacaq?

Dünya

03 Sentyabr 2026 16:43 24


“Apple” korporasiyası yeni baş icraçı direktoru (CEO) Con Ternusun 2027-ci maliyyə ili üzrə qazanacağı kompensasiya paketinin detallarını elan edib.

 “Yeni Sabah” xəbər verir ki, sentyabrın 1-dən etibarən rəhbərlik postunu Tim Kukdan təhvil alan 51 yaşlı Con Ternusun illik bazis maaşı 3 milyon dollar təşkil edəcək. Bununla yanaşı, yeni CEO-ya 55 milyon dollar dəyərində səhm mükafatı da təsis ediləcək və beləliklə, onun illik ümumi hədəf gəliri 58 milyon dollara çatacaq.

İcraçı sədr vəzifəsinə keçən Tim Kukun isə illik maaşı 2 milyon dollar, səhm mükafatı 45 milyon dollar, ümumi paketinin dəyəri isə 47 milyon dollar olaraq müəyyənləşdirilib. pizza mizza

 Qeyd edək ki, 2001-ci ildən “Apple” komandasının üzvü olan Ternus 2021-ci ildən bu günədək şirkətin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti postunu tuturdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!