Aqil Abbas “Sabah”la oyunda “Barselona”nı dəstəkləyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas “Sabah”la oyunda “Barselona”nı dəstəkləyəcək?

İdman

25 Noyabr 2026 14:00 89


“Çətin oyundu, “Sabah” hamımızın komandasıdır. Deyə bilmərəm ki, “Barselona” udacaq. Niyə indidən deyim?!”

"Yeni Sabah" Bizim.Media-ya istinadla xəbər verir ki, bunu deputat Aqil Abbas bu gün baş tutacaq oyun haqqında danışarkən deyib.

O, əvvəllər “Barselona” futbol klubuna azarkeşlik etdiyinə münasibət bildirib: Onlayn mağaza

“Əvvəllər Messi oynayanda “Barselona”ya azarkeşlik edirdim. İndi Lamin Yamala azarkeşlik edirəm, komandaya yox. Mən hər zaman oyunçuya azarkeşlik edirəm. İndi Arda Gülərə görə “Real Madrid”ə. Yəni ulduzlara, komandalara yox. Özüm “Qarabağ” azarkeşiyəm, “Sabah”ın da. Çünki Azərbaycanın futbolunun fanatıyam, həvəskarıyam”.

“Sabah”a uğur arzulayan deputat komandanın yaxşı oynayacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, “Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur çərçivəsində “Barselona”nı qəbul edəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. İndiyədək “Sabah” keçirdiyi 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb. “Barselona” isə 9 xalla 8-ci yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!