Mikro sahibkarlara böyümə dəstəyi: 100%-lik yeni vergi güzəşti tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Mikro sahibkarlara böyümə dəstəyi: 100%-lik yeni vergi güzəşti tətbiq olunacaq

İqtisadiyyat

25 Noyabr 2026 14:04 62


Vergi Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, fəaliyyət miqyası genişləndikcə daha yüksək sahibkarlıq kateqoriyasına keçid edən mikro sahibkarlıq subyektlərinə yeni vergi güzəşti veriləcək.

“Yeni Sabah” xəbər veirr ki, dövriyyə həcminə əsasən yuxarı kateqoriyaya keçən sahibkarlara əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisinin 100 faizi həddində güzəşt tanınacaq. Bu məbləğ illər üzrə silinmə məhdudiyyəti qoyulmadan, subyektin yuxarı kateqoriyada olduğu növbəti illər ərzində ümumi vergi öhdəliyindən çıxılacaq. Təklif olunan mexanizm likvidlik risklərini azaltmaqla investisiya imkanlarını genişləndirməyi, kölgə iqtisadiyyatına meyli aşağı salmağı və mikro bizneslərin böyüməsini stimullaşdırmağı hədəfləyir.

Mexanizmin işləmə prinsipinə əsasən, illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olan və 2026-cı il üzrə 2000 manat mənfəət vergisi ödəmiş müəssisənin həmin məbləği vergi güzəşti kimi tanınır. Əgər 2027-ci ildə kiçik sahibkar kimi onun ümumi vergi öhdəliyi 1500 manat olarsa, bu borc 2000 manatlıq güzəşt hesabına tam qarşılanır və sahibkar həmin il üzrə faktiki olaraq 0 manat vergi ödəyir, qalan 500 manat məbləğ isə növbəti illərin vergi öhdəliyindən çıxılır. Sərfəli qiymətə məhsullar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!