Aqşinlə Hüseynin “TikTok”da nə işi var? -   “Onları qəhrəmanlaşdırmaq lazım deyil”

saytların hazırlanması

Evə çatdırılma

Aqşinlə Hüseynin “TikTok”da nə işi var? - “Onları qəhrəmanlaşdırmaq lazım deyil”

Sosial

18 Dekabr 2023 15:11 5469


Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə, "TikTok"da canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

Yenisabah.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb.

Bir çoxları Aqşin və Hüseynin "TikTok"da canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin, keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.  Dördpendirli pizza

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib:

“Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur - red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi.

Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı.

Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, bir-iki faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın”.

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb: “Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Faiq
    Səidə xanım düz deyirsiniz onların əsirlikdən azad olunmasına əlbətdə hamımız sevinməliyik. Onların valideuinlərinin nə çəkdiklərini də hər kəs başa düşür. Lakin qardaşın dediklərində də həqiqət var. Sağ olun.
    2 years ago
  • Seide
    Xahiş edirəm hərdən nəyi tənqid etmək lazımdır fikir vermirik indi iki yaraşıqlı oğullarımız əsirlikdən gəlib onları görməkdən nə tez bezdiniz onların sevincinə niyə şərik olmursunuz elə hey qinayirdiz onlar nə eyib ediblər nə nöqsanlar ediblər əsir düşüblər fərq etməz necə və hansı şəraitdə əsirlik heç kimə asan gəlməsin hamı tatar ölkəmizdə bir az problemi olanda özünə yer tapmır sıxılır çarə axtarır amma əsirlikdə olanlar köməksiz çarəsiz nəyə ümid ediblər ya qismət alın yazısı varmış ona görə onlar yaşadıqlarını yaşadı indi bir vaxt qaçqın düşənləri qınayanlar indi də əsirlikden gələnləri qınayıb eyib tutanlar bir özünüzə güzgüdə baxın bir dəqiqəlik özünüzü onlardan birinin yerinə qoyun sonra danışın xahiş edirəm məni şef düşünməyin əsirlərə qarşı irad bildirenleredir fikrim bəsdir xalqımızı bir belə ezdik tapdaladiq onların ən ağır halına güldük bizi vuranlar onsuzda çoxdur
    2 years ago