"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Güler UEFA tərəfindən xüsusi mükafata layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, 21 yaşlı futbolçu 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasında nümayiş etdirdiyi parlaq oyuna görə turnirin "Ən yaxşı çıxış edən gənc oyunçusu" (Breakthrough Player) mükafatını alıb.
Təntənəli təqdimat mərasimi Çempionlar Liqasının yeni mövsümünün ilk turu çərçivəsində "Santyaqo Bernabeu" stadionunda keçirilən "Real Madrid" – "İnter" qarşılaşmasından dərhal əvvəl baş tutub. Mükafatı gənc ulduza "Kral klubu"nun əfsanəvi keçmiş futbolçusu Luis Fiqu təqdim edib. Mükafatlandırma zamanı bütün stadion türkiyəli yarımmüdafiəçini ayaqda alqışlayıb. pizza hut
Qeyd edək ki, Arda Güler cəzalı (qırmızı vərəqə) olduğu üçün "İnter"lə matçın iştirak ərizəsinə daxil edilməyib. O, ötən mövsüm Çempionlar Liqasında Madrid təmsilçisinin heyətində 14 matçda meydançaya çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Nazim Hacıyev
Telegram kanalımız