“Arsenal“ Dyökereşin keçidini rəsmən açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal“ Dyökereşin keçidini rəsmən açıqladı

Şou

27 İyul 2025 10:39 390


"Arsenal" Viktor Dyökereşin transferini rəsmi olaraq açıqlayıb.

Yenisabah.az fanat-a istinadən xəbər verir ki, isveçli hücumçu üçün "Sportinq"ə 64 milyon avro ödənilib.

Bu məbləğ Dyökereşi İsveç futbol tarixində ən bahalı transfer edən oyunçuya çevirib. Pepperoni pizza

Klubun rəsmi saytında yayımlanan məlumata görə, futbolçu ilə 2025/26 mövsümündən etibarən 5 illik müqavilə imzalanıb.

Futbolçu burada 14 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, 2023-cü ilin yayında “Koventri”dən “Sportinq”ə keçən Dyökereş Portuqaliya klubunda cəmi iki mövsüm keçirməsinə baxmayaraq, azarkeşlərin sevimlisinə çevrilmişdi. O, bu müddətdə 102 oyuna çıxaraq 97 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!