Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəməsi təxirə salınıb.
"Yeni Sabah" unikal.az-a istinadla xəbər verir ki, onun vəkilləri Hikmət Əliyev və Fərid Həsənov prosesə gəlməyiblər.
Məhkəmənin yekun iclası iyulun 2-nə təyin edilib. pizza sifarişi
Dövlət ittihamçısı Nərmin Tahirzadə "Arzum"un 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Hadisə 2025-ci ilin iyununda Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloger Arzum barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Telegram kanalımız