"Aşk-ı Memnu" serialının çəkildiyi məşhur malikanə satışa çıxarılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boğaz mənzərəli əraziyə sahib mülk 195 milyon lirə (təxminən 9 milyon manat) qiymətlə təklif olunur. Ümumi sahəsi 10 min 665 kvadratmetr olan torpaq üzərində tikilmiş bina əvvəllər ferma evi kimi istifadə olunub, daha sonra isə 23 otaqlı hotelə çevrilib.
Malikanədə 1800 kvadratmetr qapalı sahə, 6 işçi otağı, restoran, iclas otaqları, soyuducu anbar, iki zirzəmi, şərab zavodu kimi nəzərdə tutulmuş camaşırxana, daş soba, tam təchiz olunmuş mətbəx və 1600 metrlik gəzinti yolu da mövcuddur. pizza mizza
Yalnız evin satış qiyməti 135 milyon lirə olsa da, alıcı istəsə əlavə olaraq cənub hissədə yerləşən 43 min kvadratmetrlik sahəni də ala bilər. Bu halda ümumi torpaq sahəsi 53 min 967 kvadratmetr olacaq.
Xatırladaq ki, bu ərazi "Aşk-ı Memnu" serialında Arsen xanımın ferması kimi göstərilirdi.
Əsmətxanım
Telegram kanalımız