Bir neçə gün öncə dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının da vəziyyəti pisləşib.
Yenisabah.az xəbər verir ki, bu haqda rəqqasə Fatimə məlumat verib. O, sosial şəbəkə hesabında canlı yayım açaraq mərhumun ailəsinin durumunun ağır olduğunu bildirib:
"Ailəsi pis durumdadır. Atası xəstədir, oğlunun ölümündən xəbəri yoxdur. Bacısı reanimasiyadadır. Xanımı evdar qadındır, heç nədən başı çıxmır". Toyuqlu pizza
Qeyd edək ki, Gəncədən qayıdan A.Hüseynov sükan arxasında yatıb və maşın "Kamaz" avtomobili ilə toqquşaraq qəza törədib. İfaçı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Telegram kanalımız