Astarada avtomobil dərəyə aşdı:   ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Astarada avtomobil dərəyə aşdı: ölən və yaralananlar var

Hadisə

18 İyun 2026 22:53 177


Astara rayonunda ağır yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib.

Belə ki, rayonun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. pizza sifarişi

Qəza nəticəsində sürücü T. Eyvazov hadisə yerində keçinib.

Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!