Astarada torpaq sürüşməsi baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Astarada torpaq sürüşməsi baş verdi

Sosial

22 Dekabr 2023 13:44 447


Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb.

Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir. pizza

15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib.

Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!