Mehdiyevin oğlu atası barədə nə ifadə verdi?

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevin oğlu atası barədə nə ifadə verdi?

Sosial

19 Oktyabr 2026 12:26 294


Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində onun ailə üzvləri də şahid qismində dindirilib.

"Yeni Sabah" gununsesi.info-ya istinadla xəbər verir ki, onun oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

O bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, yaddaş pozğunluğu var: pizza

“Atam  bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkıt etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”.

Xatırladaq ki, Ramiz Mehdiyev 3 ağır cinayət üzrə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü  — dövlətə xəyanət və 193-1.3.2-ci  — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.

Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!