Külli miqdarda borcu olan “Azumi Motors” xaricə pul köçürdü, MƏHKƏMƏ CƏRİMƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda borcu olan “Azumi Motors” xaricə pul köçürdü, MƏHKƏMƏ CƏRİMƏLƏDİ

İqtisadiyyat

19 Oktyabr 2026 13:13 91


“Azumi Motors” MMC cərimələnib.

“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bankın tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında şirkət barəsində Binəqədi Rayon Məhkəməsində qərar çıxarılıb.  

Şirkət xaricə əvvəlcədən köçürdüyü valyuta vəsait hesabına alınan malın iki il ərzində Azərbaycana idxalını və ya ödənilmiş vəsaitin geri qaytarılmasını təmin etməməkdə təqsirli bilinib. pizza hut

İş materiallarına əsasən, “Azumi Motors” Yaponiyada fəaliyyət göstərən “Kamata Trading Mai Kamata” şirkəti ilə bağladığı alqı-satqı müqaviləsi çərçivəsində avtomobil ehtiyat hissələrinin alınması üçün 22 000 ABŞ dolları məbləğində vəsaiti xaricə köçürüb. Məhkəmə iclasında şirkət nümayəndəsi malların hazırda yolda olduğunu və bunu təsdiqləyən yol vərəqəsinin mövcudluğunu bildirib. Bununla belə, iş materiallarında malların ölkəyə idxalını təsdiqləyən sənədlərin təqdim edilmədiyi və vəsaitin geri qaytarılmadığı göstərilib. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. Məhkəmə şirkətə 7 480 ABŞ dolları məbləğində cərimə tətbiq edib. 

Qeyd edək ki, "Azumi Motors" Azərbaycanda bir sıra xarici avtomobil markaları üzrə ehtiyat hissələrinin satışı və servis xidməti göstərməklə məşğuldur. Şirkət 2023-cü ildə vergi uçotuna alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçisi Emil Bayramovdur.  "Azumi Motors"un dövlətə 143 754 manat vergi borcu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!