Aşura günü ilə bağlı əhaliyə  XƏBƏRDARLIQ - VİDEO
14 Avq 2020 21:39
346

Aşura günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - VİDEO

Karonavirus pandemiyası ilə əlaqədar bir çox kütləvi tədbirlərin təşkili, eləcə də insanların kütləvi şəkildə toplaşması qadağan edilib. Bura dini ayinlərin keçirilməsi, məscidlərin fəaliyyəti də daxildir. Avqustun 21-dən isə məhərrəm ayı başlayır. Aşura günündə, ümumiyyətlə məhərrəm ayı boyunca ziyarətgahlarda, digər ibadət yerlərində, evlərdə toplaşmaq yolverilməzdir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Bu il Məhərəm ayında ,kütləvi ibadət və dini ayınlər keçirilməyəcək .Dünyada və ölkəmizdə təhlükə saçmağa davam edən karonavirus pandemiyasının yayılma riski nəzərə alınaraq məscidlərin fəaliyyəti dayandırılıb.Kütləvi ibadətlər,evdə və ziyarətgahlarda toplaşmaq qadağan edilib.Bu səbəbdən QMİ qarşıdan gələn məhərrəm ayında insanları bu məsələyə həssas yanaşmağa çağırıb.

Qafqaz Müsəlmanları idarəsi sədrinin müavini Fuad Nurullayev bildirir ki,əksər müsəlman ölkələrində virusun yayılma və çoxalması təhlükəsinə görə camaat və bayram namazları qadağan edilib.Mütləq deyil ki, ibadət ancaq məscidlərdə edilsin.

Bu arada Daxili İşlər Nazirliyi Məhərrəm ayı ilə bağlı əhaliyə müraciət edib. Bildirilir ki, avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Tətbiq olunan məhdudiyyətlərin məqsədi yalnız əhalinin sağlamlığını qorumaqdır. Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəs bu müraciəti anlayışla qarşılamlı və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər