Baş nazir İrakli Kobaxidze Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılan görüşü ləğv edib.
Yenisabah.az xəbər verir ki, Elina Valtonen parlament binası qarşısında keçirilən etiraz aksiyasında iştirak edib. Valtonen etirazçılarla danışıb.
Etirazçıların sözlərinə görə, onlar ATƏT-in fəaliyyətdə olan sədri ilə etirazlarının məzmununu və planlarını müzakirə ediblər. Toyuqlu pizza
Xatırladaq ki, oktyabrın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İrəvana səfər edib. Onu Ermənistanın baş naziri Nikol Paşinyan qəbul edib. Bundan sonra Elina Valtonen xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Eyni zamanda, Elina Valtonenin Azərbaycana səfəri ləğv edilib.
Telegram kanalımız