Avropanın məşhur turizm istiqamətlərində ağcaqanadlar vasitəsilə yayılan virusların sayı artır. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi və davamlı isti hava bu xəstəliklərin daha geniş ərazilərə yayılmasına şərait yaradır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Məlumata görə, Avropada bu il Qərbi Nil virusu, çikunqunya və denq qızdırması ilə bağlı 1000-dən çox ehtimal olunan və təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xəstəliklər əsasən ağcaqanad sancması nəticəsində yayılır və qitədə daha geniş yayılmağa başlayıb. pizza sifarişi
Mütəxəssislərin sözlərinə görə, ən çox narahatlıq doğuran infeksiyalardan biri Qərbi Nil virusudur. Bu il virusla bağlı yoluxmalar İtaliya, Yunanıstan, Fransa, Rumıniya, İspaniya, Macarıstan, Serbiya, Albaniya və Bolqarıstanda qeydə alınıb. Ən çox yoluxma halı isə İtaliyada aşkarlanıb.
Bununla yanaşı, Cənubi Avropada çikunqunya virusunun da yayılması müşahidə olunur. Həmçinin Fransa, İtaliya, İspaniya, Portuqaliya və Xorvatiyada denq qızdırması halları qeydə alınır. Mütəxəssislər hesab edirlər ki, havaların istiləşməsi ağcaqanadların daha əvvəl rast gəlinmədiyi ərazilərdə məskunlaşmasına və virusların yayılmasına səbəb olur.
Telegram kanalımız