Avstriyanın daxili işlər naziri Gerhard Karner Macarıstan, Slovakiya və Sloveniya ilə sərhədlərdə müvəqqəti nəzarətin müddətinin uzadılmasına qərar verib.
Yenisabah.az “Der Standard”a istinadla xəbər verir ki, DİN rəhbəri tədbiri insanların qanunsuz daşınmasına sərhəddə qarşı mübarizənin ardıcıl davamı kimi qiymətləndirib.
Karnerin sözlərinə görə, Avstriya hüquq-mühafizə orqanları qonşu ölkələrdən olan həmkarları ilə sıx əməkdaşlıq şəraitində sərhəd keçidlərinə nəzarət edirlər. Avstriya, Macarıstan, Slovakiya və Sloveniya vahid sərhəd nəzarəti sistemi və zona ölkələri arasında sərbəst hərəkət imkanı olan Şengen zonasının bir hissəsidir. Dominos pizza
Müqavilə dövlətlərinin ciddi təhlükələr olduğu halda öz sərhədlərində müvəqqəti nəzarət yaratmaq hüququ var. Avstriya polisi qeyri-leqal miqrant axınının artması ilə əlaqədar sentyabrın 29-da Slovakiya ilə sərhəddə monitorinqlərə başlayıb. Macarıstan və Sloveniya ilə sərhədlərində nümunəvi yoxlamalar 2015-ci ilin miqrasiya böhranından bəri aparılır.
Telegram kanalımız