Avtobus sürücülərinin etirazına   RƏSMİ MÜNASİBƏT

saytların hazırlanması

Evə çatdırılma

Avtobus sürücülərinin etirazına RƏSMİ MÜNASİBƏT

Sosial

07 Aprel 2021 14:57 977


Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər avvəl “BMH” MMC ilə əməkdaşlıq edən avtobus sürücülərinin, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, BNA bəyan edib ki, sözügedən şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Agentliyə müraciət edib.

"Onların müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib. pizza sifarişi

“BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib. Bu məsələdən çıxış edərək bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini qeyd etmək istərdik. Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!