AXCP haqda sensasion açıqlama:   “Hakimiyyətlə can-ciyərdir”

saytların hazırlanması

Evə çatdırılma

AXCP haqda sensasion açıqlama: “Hakimiyyətlə can-ciyərdir”

Siyasət

05 Noyabr 2025 12:12 1166


REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov AXCP ilə bağlı sensasion açıqlama ilə çıxış edib.

“Yeni Sabah” bildirir ki, o, hakimiyyətdəki bəzi qruplaşmalarla AXCP arasında uzun sürən əlaqə onda heç bir şübhə doğurmur.

O indi AXCP ilə bağlı yayılan xəbərləri şou kimi dəyərləndirib: pizza sifarişi

“Deyərdim ki, hökumət indiyədək AXCP-nin reklamına seçki komissiyalarına büdcədən ayırdığından daha çox vəsait xərcləyib - media, şərhçilər, əməliyyat işi və s. Burda məntiq də görürəm, çünki boykot təbliğatını yaxşı qidalandırmasan, seçki saxtakarlığı da çətinləşər”.

O, qeyd edib ki, “radikal müxalifət” deyilən şey demokratik quruculuğa qarşı hakimiyyətin 32 ildir istifadə etdiyi çaşdırma alətidir: “Can və ciyərdirlər”.

Qeyd edək ki, son günlər AXCP ilə Ramiz Mehdiyev arasında əlaqələr, Mehdiyevin partiyanı maliyyələşdirməsi haqda iddialar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!