“Əgər hansısa bir cinayətin törədilməsində təqsirkar olan konkret şəxs bilinirsə, onun haqqında cinayət işi başlayıbsa və həmin şəxs qaçıb gizlənibsə, cinayət işinin icrası dayandırılır".
Yenisabah.az xəbər verir ki, bunu vəkil Əsabəli Mustafayev bildirib.
O, DİN-in 24 il axtarışda olan şəxsin saxlanılması barədə son məlumatını şərh edib: Pepperoni pizza
“Bu halda neçə il keçməsindən asılı olmayaraq, həmin şəxs nə zaman tutularsa, istintaq davam etdirilir”.
Ə. Mustafayev onu da qeyd edib ki, əgər cinayəti törədən şəxs məlum deyilsə, o zaman cinayətin törədilmə müddəti və cinayətin növü nəzərə alınır:
“Məsələn, yüngül, orta-ağır və xüsusilə ağır cinayətlər üçün müəyyən müddət tətbiq olunub. Axtarış elan edilməsində əsas məqam odur ki, cinayət törədiləndə ya onun caninin kimliyi məlum olmur, ya da həmin şəxs qaçıb gizlənir”.
“İnsanlıq və bəşəriyyət əleyhinə olan cinayətlərdə isə müddət tətbiq olunmur. Bu hal bütün dünyada belədir. Məsələn, Almaniyada cinayət törətmiş insanlardan kimsə tutulub, özü də 95-100 yaşlarında. Bütün bunlara baxmayaraq, onlara istintaqa cəlb olunur”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız