Xalq artisti Brilliant Dadaşova Laçını tərk edən ermənilərin evləri yandırmasına sərt reaksiya verib.
Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları yazıb:
"Laçından yenə tüstülər qalxır. Gözdən ürəyimə qara qanlar axır. Ay vicdansız, zatı imansız, bilmirsən ki, göydən Allah da baxır? Nə edib sənə yaşıl ağaclar, yavru quşlar, kollar, yamaclar? Unutma, vətənin doğma övladları var, yandırdığın daxma yerində imarətlər ucaldar, yamanlıq yenə də sənin özünə qalar". Pepperoni pizza
Telegram kanalımız