Aybəniz Haşımovanın qardaşı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Hadisə

21 Fevral 2024 23:02 2434


Quba polisi xüsusi əməliyyat keçirib.

Yenisabah.az Den.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Küllü miqdarda pullarını alaraq dələduzluq edib. Dördpendirli pizza

Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov Xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!