Türkiyəli aktyor Aydəmir Akbaş onda xərçəng aşkarlandığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə 86 yaşlı aktyor sosial media hesabında yazıb:
"Təqribən 15 gün davam edən müayinənin ardından xərçəng olduğumu öyrəndim. 10 il əvvəl də eyni xəstəliklə mübarizə aparıb qalib gəlmişdim. Ümid edirəm, bu dəfə də belə olar".
Xatırladaq ki, Akbaş 2018-ci ildə də qırtlaq xərçəngindən müalicə olunmuşdu.
Qeyd edək ki, 127 filmdə rol alan aktyor 8 filmin rejissor kürsüsündə əyləşib, 33 ekran işinin isə ssenari müəllifidir.
Telegram kanalımız