Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ABŞ və İsrailin İrandakı hərbi əməliyyatının mənfi təsiri ucbatından bir sıra ölkə üçün iqtisadi artım proqnozunu 3,1%-ə endirib.
“Yeni Sabah” xəbər verir ki, Şərqi Avropa və Qafqaz (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) üçün artım proqnozu 0,1 faiz bəndi ilə 2,8%-ə endirilib, 2027-ci ildə isə qiymətləndirmə dəyişməz olaraq qalır – 3,9%.
Ən əhəmiyyətli azalmalar Ukraynada (bu il 0,3 faiz bəndi azalaraq 2,2%-ə düşüb) və Moldovada (0,2 faiz bəndi azalaraq 2,8%-ə düşüb) gözlənilir. Marqarita pizza
Telegram kanalımız