“Aylarla mənə 101 gül göndərirdi” - Çiçək

saytların hazırlanması

Evə çatdırılma

“Aylarla mənə 101 gül göndərirdi” - Çiçək

Şou

05 İyun 2023 17:55 16661


Çiçək ləqəbli radio və televiziya aparıcısı Şəhla Vakkas ən yadda qalan sevgi etirafından danışıb, hətta onu bəylərin yalnız gözəl musiqiylə təəccübləndirə biləcəyini bildirib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi “Fəlidən doğru xəbər” proqramının qonağı olarkən danışıb:

“Aylarla bir nəfər mənə hər gün 101 gül göndərirdi. 101 gülün yanında da oyuncağı olurdu. Evə aparmırdım, işdə qoyurdum. Həmin şəxsi üzdən də tanımırdım. Bir gün xəbər göndərdi ki, məni görmək istəyir. Dedim ki, heç kəs məni görə bilməz. Həmin vaxtlar özümə bir stil seçmişdim ki, üzdən heç kəs məni görə bilməz. Hamı deyirdi ki, bir bu qızın üzünü görərdik”. Toyuqlu pizza

Daha sonra onu təəccübləndirməyin çətin olduğunu da vurğulayıb:

“Məni təəccübləndirmək asan bir iş deyil. Çünki mənə şeirlər, mahnılar yazılıb. Ona görə məni təəccübləndirmək çox çətindir. Məni yalnız çox gözəl musiqi təəccübləndirə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!