161 və 162 nömrəli şəhərətrafı marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Daşıyıcı “Azland Plaza” MMC-nin Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların istismarının dayandırılması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb. Dominos pizza
İyulun 27-dən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə müvəqqəti olaraq “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.
Telegram kanalımız