Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların   SON VƏZİYYƏTİ

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Sosial

17 Aprel 2024 17:27 430


Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 

Bu barədə Yenisabah.az-a TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Dominos pizza

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib. 

Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış teleaparıcı Aytən Səfərovanın iştirakı ilə Zığ şosesi ilə 8 Noyabr prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!