Azad edilən ərazilərdə daha 51 mina tapıldı 

Azad edilən ərazilərdə daha 51 mina tapıldı 

Digər Veb saytların hazırlanması

05 İyun 2023 13:51 605


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb. 

ANAMA-dan Yenisabah.az-a verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!