Azad edilmiş ərazilərdə güzəştlərin tətbiq sahəsi genişləndirildi

saytların hazırlanması

Evə çatdırılma

Azad edilmiş ərazilərdə güzəştlərin tətbiq sahəsi genişləndirildi

İqtisadiyyat

09 Oktyabr 2026 15:08 61


İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar, qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliklərə əsasən, azad edilmiş ərazilərdə güzəşt tətbiq olunacaq yeni iqtisadi fəaliyyət sahələri aşağıdakılardır:

Əczaçılıq məhsullarının istehsalı; Toyuqlu pizza

Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

Üzümdən şərab istehsalı;

Elmi tədqiqat və işləmələr;

Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;

Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;

Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması.

Güzəştlərin əhatə dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, yaşıl enerji və elmi-tədqiqat kimi sahələrdə çalışan sahibkarlar üçün investisiya və istehsal xərclərinin azalmasına, layihələrin səmərəliliyinin artmasına əlavə imkanlar yaradır.

Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada (office@economy.gov.az) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!