AZAL-ın 2 reysi təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın 2 reysi təxirə salındı

Sosial

21 İyun 2023 10:25 523


Ölkə ərazisində əlverişsiz hava şəraiti AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə də təsir göstərib.

Yenisabah.az xəbər verir ki, AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək.

Hazırda 2 reysin uçuşu gecikir. 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib. pizza sifarişi

Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!