AZAL hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödəyir. Tam əminliklə bildirik ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb.
Yenisabah.az xəbər verir ki, qurum Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlərin aviabiletlə təmin olunacağını vəd edib.
Aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət tərəfindən bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 minə yaxın sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər. Toyuqlu pizza
Xatırladaq ki, hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur.
Telegram kanalımız