Azər Qərib: “O ən dəhşətli görüntülərdir” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azər Qərib: “O ən dəhşətli görüntülərdir” - VİDEO

Sosial

23 Sentyabr 2026 11:29 142


Jurnalist-səyyah Azər Qərib Azərbaycanın turizm potensialından tam istifadə edə bilməməsi ilə bağlı fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, o, “Qapqara” “YouTube” verilişinə müsahibəsində ölkəyə turist axınının qarşısında dayanan amillərdən danışıb:

“Mənə ən çox verilən suallardan biri Azərbaycanın öz turizm potensialından tam istifadə edə bilməməsi haqqındadır. Nədənsə hesab edirlər ki, mən turizm industriyası mütəxəssisiyəm. Bəzən deyirlər ki, Azərbaycana turist ona görə gəlmir ki, yolun qırağında ət kəsirlər və onun qanı yerə tökülür. Hindistanda müşahidə etdiyim mənzərələr həyatımın ən dəhşətli görüntüləridir, amma oraya milyonlarla turist gedir”. pizza mizza

A.Qərib əsas turist auditoriyasının müəyyənləşdirilməsinin vacib olduğunu düşündüyünü deyib:

“İnanmıram ki, Avropadan buraya güclü axın olacaq. Məncə, əsas hədəf küçələrdə gördüyümüzdür. Avropadan bura nə üçün gəlsinlər? Orada nə yoxdur ki, bizdə var? Mətbəxə görə gələnlər ola bilər, amma o qədər qarınqulu deyillər. Rusiyadan buna görə bizə üz tutanlar var və kifayət qədərdir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!