Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

Hadisə

24 Noyabr 2026 22:50 71


Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına “stop” qoyulub.

"Yeni Sabah" Xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub. Online alış-veriş

Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi istənilib.

Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zəhidin vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!