BMT-də mühüm açıqlama: “Azərbaycan 400 milyon dollar yardım edib”

saytların hazırlanması

Evə çatdırılma

BMT-də mühüm açıqlama: “Azərbaycan 400 milyon dollar yardım edib”

Siyasət

26 Sentyabr 2026 08:22 119


 “Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyi, eyni qaydada, inkişaf və humanitar yardım sahəsindəki fəaliyyətlərimizdə əksini tapır. Azərbaycan son illər ərzində xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrikada tərəfdaş ölkələrə diqqət yetirərək, beynəlxalq yardımının əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

“İnkişaf Hüququna dair Bəyannamənin 40-cı ildönümünü qeyd etdiyimiz məqamda Azərbaycan həmrəylik, qarşılıqlı hörmət və ortaq inkişaf prioritetlərinə əsaslanan tərəfdaşlıq yanaşmalarına sadiqliyini bir daha təsdiqləyir”, - nazir bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!