Azərbaycan Kolumbiyada mədən işlədə bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Kolumbiyada mədən işlədə bilər

İqtisadiyyat

12 Oktyabr 2026 12:14 89


“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, QSC-nin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında dağ-mədən sənayesində əməkdaşlıq, birgə layihələr, investisiya tərəfdaşlığı və Kolumbiyanın mineral ehtiyatlarının işlənməsində mümkün iştirak məsələləri nəzərdən keçirilib.

Zakir İbrahimov şirkətin kəşfiyyatdan hasilatadək təcrübəsi və beynəlxalq coğrafiyasını genişləndirmək məqsədləri barədə məlumat verərək, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının bu sektor üçün xüsusi əhəmiyyətini vurğulayıb. Səfir isə Kolumbiyada xarici investisiyalara xüsusi önəm verildiyini bildirərək, ölkəsindəki 31 strateji mədən sahəsindən 16-nın qızıl və mis ehtiyatları baxımından böyük perspektivə malik olduğunu diqqətə çatdırıb. Dördpendirli pizza

Görüşün yekununda konkret layihələri və əməkdaşlıq imkanlarını qiymətləndirmək üçün mütəxəssislərin iştirakı ilə ayrıca görüşün təşkili barədə razılıq əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!