Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq

Siyasət

26 Noyabr 2026 17:16 49


Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

M.Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək. Onlayn mağaza

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!