Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Son vəziyyət açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ögey atasından şiddət görən uşaq sığınacağa yerləşdirildi - Son vəziyyət açıqlandı

Sosial

26 Noyabr 2026 17:21 60


"Ögey atasından şiddət gördüyü üçün evdən qaçan azyaşlının hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülür".

"Yeni Sabah" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib.

O bildirib ki, sosial mediada yayılan məlumatla bağlı komitə əməkdaşları sığınacaqla əlaqə saxlayıblar, azyaşlının vəziyyəti ilə maraqlanılıb və fakt nəzarətə götürülüb: Online shopping Azərbaycan

"Uşağın zorakılığa məruz qalması ilə bağlı məlumatlar da diqqətdə saxlanılır, bu istiqamətdə müvafiq araşdırma və tədbirlər görülür. Hazırda azyaşlının təhlükəsizliyi, psixoloji vəziyyəti və ehtiyaclarının təmin olunması istiqamətində iş aparılır.

Uşağın təhsildən kənarda qalması ilə bağlı məsələnin həlli, təhsilinin bərpası və zəruri sənədləşmə işləri aidiyyəti qurumlarla birgə iş yerinə yetirilir"./oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!