Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Dünya

26 Noyabr 2026 17:10 246


Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevə dair qərar çıxarılıb.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, məhkəmə prokurorun vəsatətini təmin edərək Nəsimi Musayev barəsində həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Xatırlatma: Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Elektronika məhsulları

26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib. Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!