Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

Sosial

26 Noyabr 2026 17:48 276


“Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməyi edəcəyik”.

“Yeni Sabah” xəbər verir ki, keçmiş təhsil naziri, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, yeni rektorun təyinatına hörmətlə yanaşırlar və onun fəaliyyətinin müsbət nəticələr verəcəyinə inanırlar: Online alış-veriş

“Təyinata hörmətlə yanaşırıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, Məleykə Abbaszadə noybarın 19-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!