Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.
"Yeni Sabah" xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.
İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib. pizza
Onun ailəli olduğu bildirilir, övladı olmayıb.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb./Oxu.az
Telegram kanalımız