Tanınmış həkim dünyasını dəyişdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkim dünyasını dəyişdi - FOTO

Hadisə

08 Sentyabr 2026 09:55 150


Azərbaycan səhiyyəsinin tanınmış simalarından biri, Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı məlumat yayıb.

Bildirilib ki, Vaqif Cəfərov uzun illər M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, həmçinin Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində çalışıb. O, həmçinin YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub. pizza hut

YAP Yasamal rayon təşkilatı Vaqif Cəfərovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!