7 İyul - 02:12
Azərbaycan və daha beş ölkənin “Avroviziya”dakı səsverməsi ləğv edildi

Azərbaycan və daha beş ölkənin “Avroviziya”dakı səsverməsi ləğv edildi

Mədəniyyət

15 May 2022 19:25 1913


Avropa Yayım Birliyi (EBU) altı ölkədən - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodan olan münsiflər heyətinin səslərini geri götürüb.

Yenisabah.az xəbər verir ki, bu barədə mahnı müsabiqəsinin rəsmi saytından bildirilib.

Qərara səbəb kimi səsvermə qaydalarının pozulması göstərilib.

Pozuntuların ikinci yarımfinal öncəsi baş tutan ikinci əsas məşqdən sonra qeydə alındığı vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!