“Azərbaycan yeni minaaxtaran robotlar alacaq“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan yeni minaaxtaran robotlar alacaq“ - Nazir

Sosial

12 Dekabr 2021 13:16 533


"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq".

Yenisabah.az-ın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir". Pepperoni pizza

Nazir bildirib ki, ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir: "Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!