Azərbaycana gələnlər: Say 1,5 dəfə artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələnlər: Say 1,5 dəfə artıb

Sosial

20 İyun 2023 12:26 457


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenisabah.az xəbər verir ki, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olub (74,1 faizi kişi və 25,9 faizi qadın).

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. pizza mizza

2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!