25 Sentyabr - 06:43
Azərbaycana uduzan Slovakiya millisinin baş məşqçisi:  “Böyük biabırçılıqdır“

Azərbaycana uduzan Slovakiya millisinin baş məşqçisi: “Böyük biabırçılıqdır“

İdman

23 Sentyabr 2022 10:05 545


Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycan milisinə məğlubiyyəti şərh edib. Onun komandası dünən öz meydanında UEFA Millətlər Liqasının qrup mərhələsində millimizə 1:2 hesabı ilə uduzub. 

Yenisabah.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında mütəxəssis bildirib ki, evdə məğlub olmaq böyük biabırçılıqdır: “İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar".

Onun sözlərinə görə, ikinci hissədə  oyunlarını yaxşılaşdırıblar və daha  çox qol şansları olub: “Sadəcə, dəyərləndirə bilmədik. Amma ikinci hissədə göstərdiyimiz oyun gələcəyə nikbin baxmağa ümid verir".

“Bu məğlubiyyət bizə dərs oldu. Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərə bildilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!