Azərbaycanda 4 gün iş olmayacaq - Xüsusi plan hazırlanır
27 İyl 2020 09:28
3657

Azərbaycanda 4 gün iş olmayacaq - Xüsusi plan hazırlanır

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək.

“Yeni Sabah” xəbər verir ki, bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. 

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq. Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər